İQTİSADİYYAT
Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin sayı artırılır

Bakı, 27 may, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq iyunun 3-dən etibarən qatar reyslərinin sayını artırıb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 8-də Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11-də, həmin günlər Qəbələdən saat 19-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]