İQTİSADİYYAT


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-31-ci kilometrlik hissəsində təmir işləri ilə əlaqədar oktyabrın 13-dən 16-dək hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata əsasən, təmir işlərinin aparıldığı müddət ərzində Bakı şəhərindən Sumqayıt və Quba istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri kənar dairəvi yolu ilə Quba istiqamətinə, eyni zamanda, həmin yolun 43-cü kilometrindən H.Z.Tağıyev qəsəbəsi istiqamətinə və qəsəbə daxili ilə, həmçinin Binəqədi, Novxanı, Pirşağı və Saray qəsəbələri istiqamətindən Sumqayıt şəhərinə hərəkət edə bilərlər.

Sumqayıt şəhərindən Bakı şəhərinə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri dəniz kənarı Sahil küçəsi və K.Axundov küçəsi ilə Saray qəsəbəsi istiqamətinə, həmçinin Sumqayıt şəhəri Sülh prospekti ilə Bakı-Quba yolunun 30-cu kilometrinədək “Azpetrol” yanacaq doldurma məntəqəsi dairəsindən Bakı şəhəri istiqamətinə hərəkət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.