REGİONLAR
Bakı-Quba yolunda avtomobil aşıb, xəsarət alan var VİDEO


Quba, 10 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 10-da axşam saatlarında Bakı-Quba yolunda "Mercedes" markalı yük avtomobili aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Sumqayıt ərazisindən keçən hissəsində baş verən qəzada avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və Dövlət Yol Polisi əməkdaşları gəliblər.
Hadisə şahidlərinin sözlərinə görə, "Mercedes" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşını ilə toqquşduqdan sonra idarəetməni itirib və yolun kənarındakı dərəyə aşıb.
Faktla bağlı araşdırma aparılır.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 21.09.2023 [16:29]
Astarada sel sularının zərər vurduğu yol və körpülərə baxış keçirilib
- 21.09.2023 [11:32]
Azərbaycanın Qərb bölgələrində aqrar sığortaya maraq artır
- 21.09.2023 [09:11]