REGİONLAR


Bakı-Quba yolunda baş verən qəzada 6 nəfər ölüb VİDEO

Siyəzən, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun 98-ci kilometrliyində “Mercedes Vito” markalı avtomobillə TIR toqquşub.

İlkin məlumata görə, “Mercedes Vito”nun sürücüsü və avtomobildə olan daha 5 nəfər ölüb.

Yük avtomobilinin sürücüsü xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Xilasetmə tədbirləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.