REGİONLAR


Bakı-Quba yolunda qəzada üç nəfər ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB

Siyəzən, 12 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 12-də Bakı-Quba yolunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun 68-ci kilometrliyində qeydə alınan qəzada “VAZ 2106” markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində minik maşınının sürücüsü Orxan Qasımov, sərnişinlər - 31 yaşlı Pərviz Xudabaxışov və onun 2 aylıq qızı Mədinə ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.