REGİONLAR
Bakı-Quba yolunda yük avtomobilinin qəzaya uğraması tıxacın yaranmasına səbəb olub VİDEO
Xızı, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 19-da Xızıda yük avtomobilinin qəzaya uğraması Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda avtomobillərin hərəkətinin müvəqqəti məhdudlaşdırılmasına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, paytaxtdan Quba istiqamətində hərəkətdə olan və xurma ilə yüklənmiş nəqliyyat vasitəsi rayonunun Yaşma kəndi ərazisində aşıb. Qəza səbəbindən axşam saatlarında həm Bakı, həm də əks istiqamətdə yolda bir neçə kilometrlik tıxac yaranıb.
Hadisə şahidlərinin bildirdiklərinə görə, qəza yolun təmir olunan hissəsində baş verdiyindən avtomobillərin hərəkətini tənzimləmək daha da çətinləşib.
Qəzanın baş verdiyi əraziyə cəlb olunan Dövlət Yol Polisi əməkdaşlarının müdaxiləsindən sonra bir neçə saat ərzində yolda avtomobillərin normal hərəkəti təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]