REGİONLAR


Bakı-Quba yolunda yük maşını aşıb, xəsarət alan var VİDEO

Şabran, 17 dekabr, Elxan Yusifli, AZƏRTAC

Bakı-Quba yolunda yük maşınının aşması nəticəsində iki nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1963-cü il təvəllüdlü Rəfail Məmmədovun idarə etdiyi 99 XT 405 dövlət qeydiyyat nişanlı yük maşını yolun Şabran rayonu ərazisindən keçən hissəsində aşıb. Hadisə nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıb.

Qəza səbəbindən Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Avtomobillər Şabran rayonunun içərisindən keçərək yollarına davam edirlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.