REGİONLAR


Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürət həddi artırılır

Bakı, 11 fevral, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunda tələb olunan yerlərdə nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin aşağı və yaxud yuxarı həddə tənzimlənməsi ilə əlaqədar yol nişanlarının quraşdırılması işlərinə başlanılıb.

AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 28-101-ci kilometrlik hissəsində 90 kilometr-saat yol nişanları 110 kilometr-saat yol nişanları ilə əvəz edilir. Bu işlər fevralın 12-də axşam saatlarında yekunlaşdırılacaq.

Sürücülərdən işlərin aparıldığı müddət ərzində sözügedən yolda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.