CƏMİYYƏT


Bakı Şəhər Baş Polis İdarəsi: Razılaşdırılmayan hər hansı kütləvi aksiyanın qarşısı polis tərəfindən alınacaq

Bakı Şəhər Baş Polis İdarəsi: Razılaşdırılmayan hər hansı kütləvi aksiyanın qarşısı polis tərəfindən alınacaq

Bakı, 7 mart, AZƏRTAC 

Bakı Şəhər Baş Polis İdarəsi özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran şəxslərin səsləndirdikləri çağırışlarla bağlı məlumat yayıb.

İdarədən AZƏRTAC-a daxil olan məlumatda bildirilir: “Sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran şəxslər “8 Marş - zorakılığa qarşı get” “ivent”i yaradıb, paytaxt ərazisində 8 marş yürüşü keçirmək barədə çağırış edirlər.

Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət etməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.