CƏMİYYƏT


Bakı Şəhər Baş Polis İdarəsində şahmat turnirinə start verilib

Bakı, 26 aprel, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında şahmat turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, turnir Bakı Şəhər Baş Polis İdarəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə tədbirlər planına əsasən keçirilir.

Yarışın açılış mərasimində Bakı Şəhər Baş Polis İdarəsinin kadrlar idarəsinin rəisi, polis polkovniki Elçin Əsədov və BŞGİBİ-nin baş məsləhətçisi Salman Əbdülov turnirin önəmindən danışıb, iştirakçılara müvəffəqiyyətlər arzulayıblar.

Şəxsi və komanda xarakteri daşıyan turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq. Turnirdə 13 komandanın tərkibində 28 nəfər mübarizə aparır.

Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.