CƏMİYYƏT


Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti praktiki atışlara cəlb olunub

Bakı, 24 avqust, AZƏRTAC 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) şəxsi heyəti plana uyğun olaraq, avtomat silahlardan praktiki atışlara cəlb edilib, döyüş hazırlığının vəziyyəti yoxlanılıb.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir günlük praktiki məşğələdə şəxsi heyətin nəzəri bilikləri, avtomat silahdan istifadə qaydaları və digər peşə vərdişlərinin vəziyyəti sınaqdan keçirilib.

Daxili İşlər Nazirliyinin atıcılıq tirinin imkanlarından səmərəli istifadə etməklə şəxsi heyətin praktiki atışlara cəlb olunmasında məqsəd fiziki hazırlığın artırılmasına, cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin qorunmasına xidmət edir. Praktiki məşğələlərə qadın əməkdaşlar da cəlb olunublar.

Qeyd edək ki, atıcılıq kompleksinin tirləri tapança və avtomat silahlardan atəş üçün hədəf sistemləri, güllətutan metal qurğular, 18 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, gülləkeçirməz şüşə ilə təchiz olunmuş operator otaqları, elektron hədəf və monitorlar, siqnalizasiya, havalandırma və digər zəruri kommunikasiya qurğuları ilə təchiz edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.