CƏMİYYƏT


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Anım Günü ilə əlaqədar vətəndaşlara müraciət edib

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Anım Günü ilə əlaqədar vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlarımız paytaxtın, xüsusilə İkinci Şəhidlər xiyabanı və Dağüstü park istiqamətinə səfərlərin çox olacağını nəzərə alsınlar: “Sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ölkəmizdə hər il qeyd olunur. Şəhidlərimizi dərin minnətdarlıq hissi ilə anırıq.

Vətəndaşlarımızdan xahiş edirik ki, İkinci Şəhidlər xiyabanı və Dağüstü park istiqamətinə gedərkən əsasən ictimai nəqliyyata üstünlük versinlər. Hər iki istiqamət şəhərin mərkəzi küçələridir, parklama imkanları isə məhdud olduğu üçün sıxlığın yaşanması ehtimal olunur.

Ziyarətçilərin əraziyə gedərkən şəxsi minik nəqliyyat vasitələrinə üstünlük verməmələrini xahiş edirik. Sürücülər nəzərə alsınlar ki, buraya üz tutan insanların sayı çox olacaq. Əməkdaşlarımız səhərdən axşamadək, yəni ziyarət başa çatanadək ərazidə, yollarda hərəkəti tənzimləmək üçün lazımi tədbirləri görəcək”.

“Ərazi şəxsi avtomobillərlə gəlmək üçün uyğun deyil. Burada nəqliyyat vasitələrini saxlama imkanları azdır. Ziyarətçilərin ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”, - deyə A.Əsgərli vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.