CƏMİYYƏT


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nərimanov rayonunda bağlanacaq yollarla bağlı əhaliyə müraciət edib

Bakı, 26 oktyabr, AZƏRTAC

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nərimanov rayonunda bağlanacaq yollarla bağlı əhaliyə müraciət edib.

AZƏRTAC xəbər verir ki, İdarənin müraciətində paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən metronun “Nəriman Nərimanov” istiqamətinə gedən yolun kənarında, yəni Ağa Nemətulla küçəsi, 32 ünvanında yerləşən istismara tam yararsız, yarısökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yarandığı qeyd edilib.

Bildirilib ki, həmin binanın qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında tam sökülməsi qərara alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan etibarən Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqaməti dəyişdirilir.

“Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər”, – deyə müraciətdə qeyd olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.