CƏMİYYƏT


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi günün pik saatlarında qaydaları pozan sürücülərə xəbərdarlıq edib

Bakı, 23 noyabr, AZƏRTAC

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi günün pik saatlarında qaydaları pozan sürücülərə xəbərdarlıq edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bununla bağlı AZƏRTAC-a açıqlamasında deyib: “Günün xüsusən pik saatlarında apardığımız müşahidələr onu deməyə əsas verir ki, bəzi sürücülər yüklənmiş hərəkət istiqamətində səbirsizlik nümayiş etdirir və nəticədə boş hesab etdikləri qarşı hərəkət zolağına çıxmaqla kobud qayda pozuntusuna yol verirlər. Belə əməllərə yol verən sürücülər unutmamalıdırlar ki, etdikləri qayda pozuntularının mütləq əksəriyyəti müşahidə kameraları və xüsusi texniki vasitələrlə qeydə alınır və bu əmələ görə inzibati qanunvericilik 100 manat məbləğində cərimə və 4 cərimə balı nəzərdə tutur”.

A.Əsgərli bildirib ki, qaydaları bu cür kobud şəkildə pozan sürücünün yaratdığı təhlükənin cinayət tərkibli əmələ çevrilməsi, yəni, hər hansısa ağır yol-nəqliyyat hadisəsinin baş verməsi isə an məsələsidir. Məsuliyyətsizlik hər zaman inzibati tənbehlə yekunlaşmır.

Baş inspektor bir daha sürücülərdən xahiş edir ki, özlərini və ətrafdakı insanların həyatını məsuliyyətsizliyin qurbanına çevirməsinlər. O, bütün sürücüləri və hərəkətin digər iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə və intizamlı olmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.