CƏMİYYƏT


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarının təbliği ilə bağlı videoçarx hazırlayıb

Bakı, 22 noyabr, AZƏRTAC

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti qaydalarının təbliği ilə bağlı “Bilmirsiniz, öyrədək” adlı videoçarx hazırlayıb.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AZƏRTAC-a müsahibəsində bildirib: “Layihənin məqsədi uşaqların dili ilə yol hərəkəti qaydalarının təbliği, yol nəqliyyat hadisələrinin, eləcə də uşaq travmatizminin qarşısının alınması, yeni nəsildə və ictimaiyyətdə qanunla tənzimlənən qaydalara əməl etmək mədəniyyətinin formalaşdırılmasıdır. İctimaiyyətdən bu cür məsələlərə dəstək verməsini bir daha xahiş edirik”.

Xatırladaq ki, daha əvvəl DYP yol-nəqliyyat hadisələri ilə bağlı blogerlərə müraciət etmişdi.

Belə ki, aparılan nəzarət-profilaktiki, eləcə də hərəkətin təhlükəsizliyinin təbliğinə yönəlmiş tədbirlərin daha səmərəli və təsiredici olması məqsədilə bütün kütləvi informasiya vasitələrinə, ictimai nüfuzlu şəxslərə, müxtəlif sosial şəbəkə platformasında aktiv olan vətəndaşlarımıza, blogerlərə, xüsusi ilə piyada təhlükəsizliyi ilə bağlı təbliğat işlərində, daha fərqli və təsiredici metodlarla cəmiyyətin hər bir üzvünün diqqətinin bu məsələlərə çəkməklə dəstək vermələrini xahiş edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.