İDMAN


“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəhbərliyində dəyişiklik edilib

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəhbərliyində dəyişiklik edilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı – “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyində dəyişiklik edilib. Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub. Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.

Əməliyyat şirkətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə bir sıra mötəbər idman tədbirlərinin təşkilində zəngin təcrübəyə malik olan M.Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunmaqla bu təcrübəni özü ilə BŞH-yə gətirir. M.Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb, “Bakı-2015” birinci Avropa Oyunları və “Bakı-2017” dördüncü İslam Həmrəyliyi Oyunlarına, eləcə də, 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin təşkilat komitəsində fəal iştirak etməklə bu kimi irimiqyaslı idman tədbirlərinə öz töhfəsini verib. O, həmçinin Gənclər və İdman Nazirliyinin müxtəlif dövlət əhəmiyyətli layihələrində yaxından iştirak edib.

“Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram”, – deyə Arif Rəhimov deyib.

Xatırladaq ki, növbəti yarış təqvimində Formula 1 Azərbaycan Qran-Prisi dünya çempionatının beşinci mərhələsi olacaq və aprelin 28-30-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.