İDMAN


“Bakı Şəhər Halqası”: Sem Smitin Bakı konserti ləğv olunub

Bakı, 24 aprel, AZƏRTAC

Məşhur müğənni Sem Smit aprelin 27-də Bakıda konsert proqramı ilə çıxış edə bilməyəcək. Ötən həftə Cənubi Afrika turunu yarıda kəsən britaniyalı müğənni konsert proqramlarına qısa fasilə verdikdən sonra tibb mütəxəssislərinin məsləhətinə əsasən növbəti konsert proqramlarını da ləğv etməli olub.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən (BŞH) AZƏRTAC-a bildiriblər ki, sağlamlığı hər şeydən vacib sayan təşkilatçılar musiqiçinin tam sağalması üçün atdığı bu addımı anlayışla qarşılayır və onu dəstəkləyir.

Bu xəbər Sem Smitin Bakıdakı azarkeşlərini məyus edib. Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin hər bir tamaşaçısının möhtəşəm həftəsonu yaşamağını təmin etmək üçün təklif olunan digər əyləncə proqramları qüvvədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.