CƏMİYYƏT


Bakı Şəhər İcra Hakimiyyəti Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açıqlama yayıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyəti Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açıqlama yayıb.

Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Badamdar qəsəbəsi, Badamdar şosesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarilə keçən əsrin 90-cı illərində inşa edilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu evlər vətəndaşlar tərəfindən rəsmiləşdirilib.

Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşafı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.

Məlumat üçün bildiririk ki, Badamdar sürüşmə zonasında əksəriyyətində yaşayış olmayan 11 fərdi ev var. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki iki obyektin fəaliyyəti dayandırılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.