CƏMİYYƏT


Bakı Şəhər İcra Hakimiyyəti Suraxanı ərazisində ağac kəsilməsi ilə bağlı vətəndaşların müraciətlərini araşdırıb

Bakı, 13 fevral, AZƏRTAC

Ərazidə ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin “Qaynar xətt”inə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında şəhər icra hakimiyyətinin nümayəndələri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivindəki əraziyə baxış keçirib, həqiqətən də bir qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılıb, həmin ərazi məişət və digər tullantılardan təmizlənib və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib.

Eyni zamanda, aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.