CƏMİYYƏT


Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

Bakı, 16 yanvar, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanan əməkdaşlığa dair memoranduma əsasən, Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası keçirilib. Mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər.

İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ilk növbədə, ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilərək, əkin üçün hazır vəziyyətə gətirilib, paytaxtın iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 müxtəlif növ ağac əkilib.

Qeyd edək ki, mövsümün sonuna qədər həmin ərazidə 3000 ədəd yeni ağacın əkilməsi və bu kimi aksiyaların paytaxtın digər ərazilərində də davam etdirilməsi nəzərdə tutulub.

Son illər ərzində ölkədə yaşıllaşdırma və ətraf mühitin mühafizəsi ilə bağlı geniş tədbirlər həyata keçirilir, abadlaşdırma işləri aparılır ki, bu aksiya da paytaxtda yaşıllıq zolaqlarının salınması və ekoloji tarazlığın bərpası istiqamətində görülən işlərin davamıdır.

Bundan sonra da Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında mövcud əməkdaşlıq çərçivəsində birgə tədbirlərin icrası davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.