CƏMİYYƏT


Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib.

BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 44 günlük Vətən müharibəsində özünü dahi ictimai-siyasi xadim, eyni zamanda, böyük sərkərdə kimi göstərdiyini vurğulayıb. O qeyd edib ki, məhz Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində şanlı Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə inkişafa nail olunub. Güclü iqtisadiyyat üzərində torpaqlarımızın azad edilməsinin hüquqi bazası yaradılıb. Bunun da nəticəsində ölkəmiz möhtəşəm Qələbə qazanıb. “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri aparılır. Qazanılan şanlı Qələbə və aparılan quruculuq işləri ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olunub ki, bu da tarixdə şəxsiyyətlərin rolunu bir daha təsdiq edir”, - deyə BŞİH-in başçısı vurğulayıb.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımızın müalicəsi, cəmiyyətə inteqrasiyası, lazımi tələbatlarının ödənilməsi bütün qurumların əsas vəzifələrindən biridir.

Açıq dialoq şəklində keçirilən görüşdə müharibə iştirakçıları və qazilər dinlənilib, onların sual və təklifləri nəzərə alınıb. Görüşdə Vətən müharibəsi iştirakçıları və qazilərin müharibə ilə bağlı memuarlarının toplanıb kitab şəklində çap edilməsi və digər məsələlərin həlli ilə bağlı şura yaradılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.