İDMAN


“Bakı Şəhər Kartinq Mərkəzi 2019” çempionatına start verilib

Bakı, 13 aprel, AZƏRTAC

Aprelin 13-də “Bakı Şəhər Kartinq Mərkəzi 2019” çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisinə həsr olunan yarış “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilib.

“Sodi SR5” kartlarında keçirilən ilk çempionatda 12 yeniyetmə pilot birincilik uğrunda mübarizə aparıb.

Çempionatın ikinci dəfə təşkil olunduğunu deyən Bakı Şəhər Kartinq Mərkəzinin meneceri Elnarə Əliyeva bu il yarışın yeni formatda keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu ildən mərhələlər üzrə baş tutacaq çempionat oktyabradək davam edəcək. Mərhələlərdə ilk üç yeri tutan idmançılar oktyabrda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Sonda ən çox xal toplayacaq pilot yarışın qalibi olacaq. Yarışda iştirak üçün müraciətlər oktyabradək qəbul ediləcək. Növbəti mərhələnin isə mayda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu mərhələnin qaliblərinə Formula 1 Azərbaycan Qran-Prisinə biletlər, kubok və medallar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.