MƏDƏNİYYƏT


Bakı Şəhər Mədəniyyət Baş İdarəsində növbəti vətəndaş qəbulu keçirilib

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev vətəndaşlarla görüşüb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, idarənin aidiyyəti sektorlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb, müraciətlərin qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qəbulda ümumilikdə 12 nəfər vətəndaşın müraciətinə baxılıb. Araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə nəzarətə götürülüb.

Qeyd edək ki, vətəndaşların qəbulu hər ayın ilk cümə axşamı günü keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.