MƏDƏNİYYƏT
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları qazilərimizi ziyarət ediblər
Bakı, 3 iyun, AZƏRTAC
Vətən müharibəsinə könüllü qoşularaq, qanı-canı bahasına Zəfər dolu qələbəmizi bizə bəxş edən qazilərimiz daim diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının (MİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə qəhrəman döyüşçülər Taleh Aşirov, Xəyal Qarayev, Seyidəkbər Xaliqov, Əliheydər Mayılov, Namiq Rufullayev ziyarət olunub, onların döyüş yolu və qayğıları ilə maraqlanaraq sovqat hədiyyə edilib.
Baş İdarə ilə MİHİ Respublika Komitəsi bundan sonra da xeyriyyə aksiyalarını davam etdirəcək, şəhid və qazi ailələrinin ömür yolunu işıqlandıracaq.