MƏDƏNİYYƏT


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi “Turizm həftə”sinə start verib

Bakı, 25 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm Günü ilə əlaqədar olaraq “Turizm həftəsi” elan edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, artıq bu gündən başlanılan “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə “Ümid yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.

Ekskursiyalar sentyabrın 25-də Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, sentyabrın 26-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, sentyabrın 27-də Milli Azərbaycan Tarixi Muzeyinə, sentyabrın 28-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə və sentyabrın 29-da isə Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.

Həmçinin idarənin 27 sentyabr – Beynəlxalq Turizm Günü ilə əlaqədar şəbəkəyə daxil olan müəssisələrdə (kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri) müxtəlif sərgilər, söhbətlər, “dəyirmi masa”lar, ekskursiyalar, “Açıq qapı” günlərinin təşkili də nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.