ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 178 məktəbdə STEAM layihəsi tətbiq edilib

Bakı, 16 iyun, AZƏRTAC

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 178 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Bakı məktəbliləri 2021-2022-ci tədris ilində “TEKNOFEST Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində, eləcə də “Makerthon 2022” yarışında, “Məktəblinin dostu” ilə birgə Zəfər Gününə həsr olunan “Breyn-rinq” intellektual bilik yarışında uğurla iştirak ediblər.

“TEKNOFEST Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.

Daha bir uğur isə ABŞ-da qazanılıb. Belə ki, STEAM layihəsi tərəfindən keçirilən mühəndislik və robotexnika müsabiqələrindən seçilən istedadlı şagirdlərdən ibarət Azərbaycan komandası ABŞ-da təşkil edilən və dünyanın ən böyük robototexnika yarışması olan “VEX Robotics World Championship 2022”də “Energy Team” kubokunu əldə edib. Əlliyə yaxın ölkədən 4800 komanda və 15000-ə yaxın şagirdin iştirak etdiyi yarışda komandamız ən yaxşı iyirmiliyə daxil olaraq final oyunlarında VI yeri əldə edib. Komandanın tərkibində BŞTİ-nin tabeliyindəki 20 nömrəli məktəb-lisey və 153 nömrəli tam orta məktəbin şagirdləri də yer alıb.

Həmçinin paytaxtın ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət 16 komanda Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “STEAM Azərbaycan Festivalı 2021”də (SAF 2021) qalib olub.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir çağırışlar əsasında inkişaf etmiş ölkələrdə həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.