ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 45 nömrəli məktəb distant tədrisə keçir
Bakı, 21 yanvar, AZƏRTAC
Paytaxtdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdiriləcək.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 14 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:15]
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək
- 25.04.2024 [16:41]
BMU-da tələbələr üçün “Karyera günü”
- 25.04.2024 [16:28]
Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb
- 25.04.2024 [15:27]
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
- 25.04.2024 [14:44]
AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb
- 25.04.2024 [14:38]
AzTU-da gənc alimlər üçün seminar keçirilib
- 25.04.2024 [14:23]