ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsi: İşə qəbul üzrə qeydiyyat başa çatıb

Bakı, 8 iyun, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə qeydiyyat iyunun 7-də başa çatıb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1143 nəfər musabiqe.baku.edu.az portalı vasitəsilə qeydiyyatdan keçib.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər edilə bilər.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.