ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Videotəqdimat müsabiqəsinə 150-dən çox iş təqdim olunub

Bakı, 4 iyun, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Ən yaxşı videotəqdimat” müsabiqəsinə işlərin qəbulu başa çatıb.

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Ən yaxşı videotəqdimat” müsabiqəsinə dərnək rəhbərləri 150-dən çox iş təqdim edib.

Müsabiqə iştirakçılarının [email protected] elektron poçt ünvanına göndərdikləri təqdimatlar hazırda baxış mərhələsindədir.

Videotəqdimatlar Münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qiymətləndirilmə zamanı təqdimatın mövzuya uyğunluğu, nəzəri əsasların olması, ümumi yanaşma, məlumatın toplanması və təhlili, əldə edilmiş nəticənin aydın və səlis təqdim olunması, təqdimatın mövcud elmi biliklərin və təcrübənin inkişafına töhfəsi əsas meyarlar kimi götürülür.

Müsabiqənin yekununda ümumilikdə 6 iştirakçı (1 nəfər-I yer, 2 nəfər-II yer, 3 nəfər-III yer) qalib seçiləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. On nəfər isə fəal iştirakına görə “Tərifnamə” ilə təltif ediləcək.

Qeyd edək ki, müsabiqə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilində dahi şairin irsinin öyrənilməsi və tanıdılması, eyni zamanda, dərnək rəhbərləri ilə aparılan işlərin daha da gücləndirilməsi, tədrisdə müasir yanaşmaların təbliğ olunması, bacarıqlı, mütərəqqi fikir və düşüncəli dərnək rəhbərlərinin üzə çıxarılması məqsədilə təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.