ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş onlayn görüş

Bakı, 5 mart, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş onlayn görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, görüşdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva ölkəmizdə idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, respublikamızda idmana və idmançılara yüksək diqqət və qayğı göstərildiyini söyləyib. M.Vəliyeva ölkəmizin dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyib, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini və dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. İdarə müdiri, həmçinin ümumi təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdığını söyləyib, təhsil müəssisələrində idman sahəsi üzrə uğur qazanan məktəblilərin sayının da artdığını söyləyib.

Tədbirdə çıxış edən fiziki tərbiyə müəllimləri və idman nailiyyətləri ilə fərqlənən məktəblilər müxtəlif idman növləri üzrə keçirilən yerli və beynəlxalq yarışlarda yüksək nəticələr göstərən, ölkəmizin idman şərəfini layiqincə qoruyan şagirdlərin bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə doğruldacağına və idmanın kütləviliyinin daha da artacağına əminliklərini bildiriblər.

Sonda ölkəmizdə idmanın inkişafına həsr edilən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.