ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsində könüllülərə  arayış verilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) dördüncü könüllülük proqramında iştirak edən gənclərə arayışlar təqdim olunub.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumu müdiri Məhəbbət Vəliyeva ölkəmizdə könüllülük proqramlarının geniş vüsət aldığını söyləyib.

Qeyd edilib ki, dördüncü könüllülük proqramı çərçivəsində BŞTİ-yə 300-dək gənc müraciət edib. Onlardan yüzü müvafiq meyarlar əsasında müsahibəyə çağırılıb və 42-si müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, könüllülərdən 33-ü BŞTİ–nin müvafiq sektorlarında, yeddi nəfər xidmət bölmələrində, iki nəfər isə Təlimə Dəstək Mərkəzində fəaliyyətə başlayıb. İndiyədək BŞTİ tərəfindən həyata keçirilən ilk könüllülük proqramında 15, ikinci proqramda 26, üçüncü könüllülük proqramında 35, dördüncü könüllülük proqramında isə 42 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 17-si hazırda BŞTİ-nin əməkdaşıdır.

BŞTİ-nin struktur bölmə rəhbərləri dördüncü könüllülük proqramı iştirakçılarının fəaliyyətindən razılıqlarını bildirib, onlara uğurlar arzulayıblar.

Göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər könüllü kimi üçaylıq fəaliyyətləri dövründə öz ixtisasları üzrə və ümumi dünyagörüşlərinin inkişafı baxımından müsbət təcrübə qazandıqlarını söyləyiblər.

Artıq BŞTİ tərəfindən beşinci könüllülük proqramına başlanılıb. Bu proqrama sənəd qəbulu oktyabrın 20-dək davam edəcək. Maraqlananlar tərcümeyi-hallarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.