ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır
Bakı, 4 avqust, AZƏRTAC
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların qəbulu mərkəzi avqustun 31-dək fəaliyyətini dayandırıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, qeyd olunan dövr ərzində müraciətlər idarənin Məlumat sorğu mərkəzi (telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.
Vətəndaşlar, həmçinin idarənin rəsmi [email protected], [email protected] elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri idarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.
Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]