ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsində yay məktəbi ilə bağlı nəzərdə tutulan tədbirlər müzakirə olunub

Bakı, 11 iyun, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək yay məktəbinin təşkili baxımından nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. İdarə müdiri bildirib ki, yay məktəbinin təşkil olunmasının əsas məqsədi koronavirus pandemiyası və 2020-ci ilin payız aylarında hərbi vəziyyətlə bağlı tədris prosesində yaranmış fasilələrin nəticələrini aradan qaldırmaq, təhsilalanlara zəruri bilik və bacarıqlar verməkdən ibarətdir. Bütün ümumi təhsil müəssisələrində təşkil olunacaq yay məktəbində I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edəcək. Hər sinif üzrə minimum 3 şagirdin olması nəzərdə tutulub. Yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X siniflərdə isə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunacaq.

Bu işdə müəllim və direktorların yaradıcı imkanlarının da böyük rolu olduğunu deyən Mehriban Vəliyeva birgə fəaliyyət nəticəsində bu mərhələnin də uğurla başa vurulacağına əminliyini ifadə edib.

İdarə müdiri, həmçinin təmirə görə bağlanan təhsil müəssisələrinin şagirdləri üçün yay məktəblərinin təşkili, şagirdlərdə yay məktəbinə marağın yaradılması, ekskursiyaların təşkili, təhsil işçilərinin vaksinasiyası, elektron jurnalların istifadəsi qaydası, yekun summativ qiymətləndirmə və digər cari məsələlərlə bağlı məktəb direktorlarının suallarını cavablandırıb, müvafiq təklif və tövsiyələrini səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.