ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sentyabrda 24 min 435 müraciət daxil olub

Bakı, 3 oktyabr, AZƏRTAC

Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 24 min 435 müraciət daxil olub.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 13 min zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 5 min 118 nəfər müraciət edib.

Sentyabr ayında BŞTİ-yə 4 min 576 sənəd (vətəndaşlar tərəfindən 2 min 52 ərizə, Elm və Təhsil Nazirliyindən 562, digər qurumlardan 202, məktəblərdən 1 270 məktub və 490 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 710 elektron müraciətə baxılıb.

Müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.