ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12 şagirdi “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibi olub

Bakı, 11 iyun, AZƏRTAC

2020-2021-ci dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 12 şagirdi “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibi olub.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin ölkə mərhələsinin nəticələrinə görə, paytaxt məktəblilərindən 1-i I yerə, 3-ü II yerə, 8-i isə III yerə layiq görülüb.

“Sabahın alimləri” X Respublika Müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 260 nömrəli tam orta məktəbin şagirdləri beynəlxalq Elm və Mühəndislik Sərgisində (Intel ISEF) Azərbaycanı təmsil etmək hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.