ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 172 nömrəli tam orta məktəbdə olub

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva ilk dərs günü yeni fəaliyyətə başlayan 172 nömrəli tam orta məktəbdə olub.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin müdiri Zəfər tarixinin bəxş etdiyi qürur hissi ilə qədəm qoyduğumuz yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. M.Vəliyeva gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, keyfiyyət artımının təməli hesab olunan ümumi təhsilin məqsədyönlü inkişafı, mövcud şəraitdən irəli gələn qaydalara əməl olunmasının əsas hədəflərdən olduğunu bildirib.

Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə islahatların uğurla həyata keçirildiyini deyən Mehriban Vəliyeva Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından danışıb. Şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı diləyib, mövcud qaydaların tələblərinə riayət edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.