ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 20 Yanvara həsr olunmuş xüsusi dərsləri izləyib

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva 20 Yanvara həsr olunmuş xüsusi dərsləri izləyib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, xalqımızın azadlıq mübarizəsinin şanlı mərhələsini şagird və müəllimlərlə müzakirə edən Mehriban Vəliyeva 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb.

O, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. Mehriban Vəliyeva ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adını daim uca tutmasından, onların ailələrinin sosial müdafiəsinə xüsusi diqqət göstərməsindən bəhs edib.

Daha sonra BŞTİ-nin müdiri 39 nömrəli tam orta məktəbdə təşkil olunmuş “20 Yanvar: azadlığa gedən yol” tədbirinə qatılıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mehriban Vəliyeva Azərbaycan xalqının apardığı mübarizənin bizi 20 Yanvar hadisələrindən keçirib müstəqilliyə qovuşdurduğunu diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən bəhs edərək Vətəni sevmək, onu qorumaq, baş verən tarixi hadisələri unutmamaq və gələcək nəsillərə ötürmək üçün təhsil sahəsində mühüm işlər görüldüyünü bildirib.

20 Yanvar hadisələrinin xalqımızın Zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğunu vurğulayan idarə müdiri Ermənistanın on illərdir davam edən işğalçılıq siyasətinə Azərbaycan xalqının Vətən müharibəsi ilə son qoyduğunu deyib.

Tədbirdə şagirdlər müstəqillik və vətənpərvərlik mövzularında şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.