ELM VƏ TƏHSİL


Bakı Slavyan Universiteti “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək

Bakı, 19 fevral, AZƏRTAC

Mayın 7-də Bakı Slavyan Universiteti (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XII beynəlxalq elmi konfrans keçirəcək.

BSU-dan AZƏRTAC-a bildirilib ki, konfransın işi “Ulu öndər Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” və “Ən yeni Azərbaycan tarixinin şanlı səhifəsi – Qarabağ uğrunda Vətən müharibəsi” bölmələri üzrə aparılacaq. Həmçinin “Azərbaycanın Vətən müharibəsində zəfəri beynəlxalq münasibətlər kontekstində” mövzusunda dəyirmi masa təşkil olunacaq.

İştirakla bağlı məlumat və məqalə elektron formada martın 30-dan gec olmayaraq azerbaycanshunasliq2021@mail.ru ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.