ELM VƏ TƏHSİL


Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində təhsilin inkişafına xüsusi diqqət göstərilir

Bakı, 17 avqust, AZƏRTAC

Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində təhsilin inkişafına xüsusi diqqət göstərilir.

Məktəb-Lisey Kompleksindən AZƏRTAC-a bildirilib ki, 2021-2022-ci tədris ili üzrə təhsil müəssisəsinin XI sinif məzunlarından 2 nəfəri - Camal Cəfərov, Şükran Mikayılzadə qızıl nişana, 1 nəfəri – Murad Ağamirzəyev gümüş nişana layiq görülüblər.

Bu il liseyi 86 şagird bitirib, onlar ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr qazanıblar.

Məktəb-Lisey Kompleksinin məzunlarından bir neçəsi Türkiyə, Almaniya, Rusiya, Çexiya və digər ölkələrin universitetlərinə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.