ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində “ERASMUS +” proqramı çərçivəsində növbəti seminar təşkil olunub

Bakı, 27 iyun, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) təhsil alan doktorant və dissertantlar üçün Avropa İttifaqının “ERASMUS +” proqramının “PETRA” layihəsi çərçivəsində növbəti seminar keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, “Tədqiqatın elmi metodları” mövzusunda təşkil olunan seminarı bu universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov aparıb. O, bilik istehsalının əsas hərəkətverici qüvvəsi sayılan tədqiqat metodlarının dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb.

Doktorant və dissertantlar mövzu ilə bağlı çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.