MƏDƏNİYYƏT


Bakı Slavyan Universitetində Nizami Gəncəviyə həsr olunmuş növbəti tədbir

Bakı, 4 may, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) Məktəbəqədər və ibtidai sinif müəllimliyi fakültəsinin İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədovanın təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş onlayn tədbir keçirilib.

BSU-nun Mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə tələbələrdən Vüsalə Qədirova, Gülnaz Əliyeva, Zeynəb Sadıqova, Səbinə Şirinzadə, Jalə Əfəndiyeva, Dilarə Əzizova, Xədicə Səfiyeva, Zemfira Əmirova, Aytac Muradova və Sabrina Qafarova dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər.

Sonra Nizami Gəncəvinin şeirlərindən parçalar səsləndirilib, şairin əsərlərinə həsr edilmiş musiqi əsərləri dinlənilib.

Tədbirin sonunda İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova, dosent Şükufə Ağakişiyeva, kafedranın müəllimləri Zərifə Məmmədova, Sevinc Qarayeva, Arzu Məmmədova tədbir barədə fikirlərini bölüşüb, tələbə-gənclərə maraqlı çıxışlarına görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.