ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində Novruz bayramı ilə bağlı şənlik təşkil olunub
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da Bakı Slavyan Universitetində (BSU) Novruz bayramına həsr olunan tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı Nuridə Novruzova, dosent İbrahimpaşa Babayev müəllim və tələbələri bayram münasibətilə təbrik edib, onlara can sağlığı, uzun ömür diləyib. Tədbirdə çıxış edənlər Novruz bayramının tarixindən danışaraq bildiriblər ki, ulu əcdadlarımızdan qalan bu milli bayram Azərbaycanın bütün regionlarında təntənə ilə qeyd olunur.
Sonra bayram tədbiri Novruz personajları sayılan Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı ilə davam edib. Tələbələr tonqaldan hoppanıb, yumurta döyüşdürüblər.