ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində yeni ixtisaslar üzrə tələbə qəbulu həyata keçirilir

Bakı, 10 avqust, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsinə iki yeni ixtisas - psixologiya və korreksiyaedici təlim ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib. Bildirilib ki, III ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisaslara ümumilikdə 30 yer nəzərdə tutulur. Bununla da, BSU-da bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı 13-ə çatıb.

Birinci ixtisas psixologiya elminin hər bir sahəsinin inkişafının fundamental əsasını təşkil edir. Bu sahədə savadlı və peşəkar kadr hazırlamaq üçün universitetin təcrübəli professor-müəllim heyəti fəaliyyət göstərir. Bu ixtisası seçən abituriyentlər gələcək xəyallarını gerçəkləşdirib peşəkar psixoloq ola bilərlər.

Korreksiyaedici təlim ixtisasında təhsil proqramının reallaşdırılması, yüksək təlim nəticələrinə yiyələnmiş rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək. Yeni ixtisas üzrə gələcək mütəxəssislər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün dövlət müəssisələrində, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində, psixologiya və reabilitasiya mərkəzlərində ixtisas istiqamətindən asılı olaraq defektoloq, xüsusi müəllim, loqoped və s. kimi fəaliyyət göstərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.