ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetindən Azərbaycan Silahlı Qüvvələrinə növbəti dəstək

Bakı, 16 oktyabr, AZƏRTAC 

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın tövsiyəsinə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin müvafiq qərarına əsasən, bu ali təhsil müəssisəsinin Həmkarlar İttifaqı Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna oktyabrın 16-da 2 min manat vəsait köçürüb.

Bu barədə AZƏRTAC-a BSU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Qeyd edək ki, BSU oktyabrın 2-də də Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat vəsait köçürmüşdü.

BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimizin tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcəklərinə əmin olduğunu bildirir və şanlı Ordumuza yeni qələbələr arzulayır. Yaşasın qəhrəman Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.