Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bakı Slavyan Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Bakı Slavyan Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar elm xadimi”

Qocayev Məmməd Qoca oğlu

“Əməkdar müəllim”

Bəşirova Solmaz Qulamovna

Cəfərov Telman Həmzağa oğlu

Əliyeva İranə Məmməd qızı

Qafarova Sahibə Əli qızı

Quliyeva Rəhilə Hüseyn qızı

Məmmədli Aslan Məmmədəli oğlu

Məmmədov Nizami Tağı oğlu

Şipulina Qalina İvanovna

“Əməkdar jurnalist”

Həsənova Şəlalə Arif qızı

Naciyeva Flora Sultan qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin