ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetinin kollektivi talassemiyalı xəstələr üçün qan verib

Bakı, 6 aprel, AZƏRTAC

Aprelin 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Tədbirə qatılan universitetin tələbə və müəllimləri qana ehtiyacı olan xəstələr üçün könüllü qan veriblər.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali təhsil ocağının tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının müdiri Pərvanə Cəfərova universitetdə belə aksiyaların təşkilinin artıq ənənəvi hal aldığını deyib. Diqqətə çatdırılıb ki, hər il aprel ayında keçirilən “Donor günü” çərçivəsində BSU-nun kollektivi talassemiyalı xəstələrə dəstək olmağa çalışır. Aksiyanın talassemiya ilə bağlı dövlət proqramlarına uyğun həyata keçirildiyini vurğulayan P.Cəfərova bu xəstəlik haqqında məlumat verib. Qeyd edib ki, qanvermə aksiyası həkim nəzarəti altında həyata keçirilməlidir. Çəkisi 50 kiloqramdan az olan şəxslər qan verə bilməzlər. Bundan əlavə, donorlar fiziki baxımdan da sağlam olmalıdırlar.

Əvvəlcə donorlar həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Donorlar bu cür aksiyaların təşkilini yüksək dəyərləndirib və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.