ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetinin kollektivi vaksinasiya prosesində fəal iştirak edir

Bakı, 14 aprel, AZƏRTAC

Koronavirus (COVID-19) xəstəliyinə qarşı Azərbaycanda əhalinin peyvənd olunması prosesi mütəşəkkil şəkildə təşkil edilib. Ölkəmizdə bu il yanvarın 18-dən başlanan vaksinasiya prosesi uğurla davam edir. Təhsil işçiləri isə martın 3-dən başlayaraq peyvənd olunma prosesində fəal iştirak edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi də kollektivin peyvənd olunmasını daim diqqət mərkəzində saxlayır.

Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib. Bildirilib ki, ilk növbədə, universitetin yaşı 65-dən çox olan professor-müəllim heyəti və əməkdaşları müvafiq tibbi müəssisədə vaksinasiya olunub, sonra isə BSU-nun digər əməkdaşları mərhələli şəkildə peyvənd olunublar.

Xatırladaq ki, Təhsil işçilərinin COVID-19 əleyhinə vaksinasiyaya daha fəal qoşulması üçün #TəhsilÜçünVaksinasiya həştəq kampaniyası keçirilir. Müəllim və BSU-nun əməkdaşları peyvənd olunmaları barədə şəxsi sosial hesabları üzərindən həştəqi əlavə etməklə foto və mətn paylaşaraq bu mühüm kampaniyada fəal iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.