ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdləri beynəlxalq olimpiadada uğur qazanmışlar

Bakı, 9 fevral (AZƏRTAC). Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdləri Kiyev Slavistika Universitetində keçirilmiş ənənəvi Beynəlxalq slavistika olimpiadasında uğur qazanmışlar.

BSU məktəb-lisey kompleksindən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq olimpiadada bu təhsil müəssisəsinin XI sinif şagirdləri iştirak etmişlər. Onlardan Rəhilə Abdullazadə iki istiqamət üzrə (rus dili və ədəbiyyat, ümumdünya tarixi fənləri) birinci yerə layiq görülmüş, digər iki şagirdimiz isə rus dili və ədəbiyyat üzrə fərqlənmişlər. Natella Sadıqzadə birinci, Valeriya Kotelnikova isə ikinci dərəcəli diplomlara layiq görülmüşlər.

Əsasən slavyan ölkələrinin məktəblilərinin qatıldıqları bu maraqlı bilik yarışması gənclərin slavyan dilləri və mədəniyyətləri, ümumdünya tarixi üzrə biliklərinin üzə çıxarılması, onların jurnalistika istiqaməti üzrə bacarıqlarının müəyyənləşdirilməsi (inşa və esse müsabiqəsi) üzrə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.