ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetinin tələbə-könüllüləri razılıq edirlər

Bakı, 24 iyun, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilmiş yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 3-dən ölkəmizin bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılıb.

Respublikamızda tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq bütün təhsil müəssisələrində, o cümlədən Bakı Slavyan Universitetində (BSU) də distant təhsil həyata keçirilməyə başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq sağlamlığımızı qorumaq üçün bir çox qaydalara riayət edilməlidir. Bu qaydalara sosial məsafəni qorumaq, tibbi maska və əlcəkdən istifadə etmək, insanların sıx olduğu yerlərdə mümkün qədər az olmaq və “Evdə qal!” çağırışına əməl etmək daxildir. Həmçinin yaşı 65-dən yuxarı olan insanlar risk qrupuna aid olduqları üçün onlara həkimlər və polislərlə yanaşı, Azərbaycan könüllüləri də köməyini əsirgəmirlər. Həmin könüllülərdən bəziləri də BSU-nun tələbələridir.

Bu barədə AZƏRTAC-a BSU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Böyüklərimizi qoruyaq!”, “Könüllü donor”, “Könüllü qonşu”, “Bir-birimizi qoruyaq!” layihələrində BSU-nun tələbələri Murad Hüseynli, Murad Ayazlı, Samirə Fərəcova, Rza Əliyev, Mübasib Əliyev, Əsmər Abbasova və başqaları fəal iştirak ediblər. BSU-nun rektoru, professor Nurlana Əliyeva bu ali məktəbin tələbə-könüllülərinə dəstək verərək, onlara yaz semestrinin imtahan sessiyası ilə bağlı böyük güzəştlər edib, daim onların yanında olub.

BSU-nun tələbə-könüllüləri bu diqqət və qayğıya görə rektor, professor Nurlana Əliyevaya dərin təşəkkür edir, onun etimadını layiqincə doğruldacaqlarını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.