İQTİSADİYYAT


Bakı Şopinq Festivalının lotereya uduşları davam edir

Bakı, 17 noyabr, AZƏRTAC

Bakı Şopinq Festivalı noyabrın 15-də başa çatsa da, alıcıların festival sevincləri davam etməkdədir. Belə ki, “Festival sürprizləri” adlı ani stimullaşdırıcı lotereya biletlərinin alıcılara təqdim edilməsi noyabrın 26-dək davam edəcək. Lakin əvvəlki günlərdən fərqli olaraq, noyabrın 16-dan etibarən, qalan 10 gün ərzində alıcılara lotereyaların təqdim edilməsi yalnız iki məkanda “Park Bulvar” və “Metropark”da davam etdiriləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Konqreslər Bürosundan məlumat verilib.

Bildirilib ki, festival dövründə təşkil edilən lotereya uduşları zamanı qaliblər müxtəlif hədiyyələr və hədiyyə kuponları qazanırlar. Lotereyada bəxti gətirənlər “Metropark”dan plazma televizorları, “Bravo” hipermarketindən “Mikromax” smartfonları, “Optimal elektroniks”dən super müasir sobalar, “Park Bulvar”dan ən yeni videokameralar, “Baku elektroniks”dən tozsoranlar və festival iştirakçısı olan digər mağaza və ticarət mərkəzlərindən saysız-hesabsız hədiyyələr qazanırlar.

Lotereyanın şərtləri və oynanılmış uduş fondunun nəticələri barədə məlumat festivalın rəsmi (www.bakushopfest.com) saytında yerləşdirilir. Əlavə məlumat üçün lotereyanın keçirildiyi müddət ərzində 1547 telefon nömrələrinə zəng etmək və ya [email protected] elektron poçt ünvanına yazmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.